Britaniya səfiri: Azərbaycanla əməkdaşlıq enerji sahəsindən çox kənara çıxıb

Britaniya səfiri: Azərbaycanla əməkdaşlıq enerji sahəsindən çox kənara çıxıb Siyasət

Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır.

News24.az-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında 30 ildən artıq əməkdaşlıq tarixi var.

Onun sözlərinə görə, münasibətlərin əsasını uzun müddət enerji sahəsindəki əməkdaşlıq təşkil edib və BP-nin investisiyaları Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayıb.

D.Norman onu da bildirib ki, hazırda ikitərəfli əlaqələr daha geniş sahələri əhatə edir:

“Lakin tərəfdaşlığımız enerji sahəsindən çox kənara çıxıb. Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir. Azərbaycan dəyərli tərəfdaşdır; iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur.”