Bu danışıqlar bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılır

Bu danışıqlar bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılır Siyasət

Bu gün Ermənistanla danışıqların müsbət nəticələri olduğunu əminliklə söyləmək olar.

News24.az-ın xəbərinə görə bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

O bəyan edib ki, bu danışıqlar bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılır:

"Bu gün regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün yeni imkan yaranıb. Münasibətləri tərəflərin ərazi bütövlüyünə hörmət əsasında formalaşdırmaq və sülh sazişi bağlamaq niyyəti təsdiq olunub. Bəyanatda sazişin imzalanmasını yaxınlaşdırmağa xidmət edəcək bir sıra addımların atılması planlaşdırılır. Yaxın zamanda bu addımların davamını müşahidə edə biləcəyik"

Fərid Azəri