"Bu gün keçmişi keçmişdə qoymaq vaxtıdır" - Prezident

"Bu gün keçmişi keçmişdə qoymaq vaxtıdır" - Prezident Siyasət

"Bizə nəinki rəsmi olaraq Avropa məkanına daxil olmaq, həm avropalılığı bərqərar etmək, həm də postsovet ölkəsini canlı, uğurlu, güclü, Avropa və demokratik dövlətə çevirmək üçün unikal şans verilir”.

News24.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin plenar iclasında illik hesabatı təqdim edərkən bildirib.

Prezident bildirib ki, yalnız belə bir transformasiya ölkədə gəncləri dayandıra, diasporu geri qaytara və yeni enerji yarada bilər:

“Gələcəyimiz öz əlimizdədir, bu da bizdən çox böyük məsuliyyət tələb edir. Bu gün keçmişi keçmişdə qoymaq və yeni Gürcüstana yol açmaq vaxtıdır. Bu, bizim Avropa yolumuzdur və deməli, milli yolumuzdur!”.

Nəzrin