Bu məsələ ilə bağlı nəsə edə bilsək, şad olarıq - Putin
Siyasət
Rusiya sülhün imzalanması və Ermənistan-Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, çox şad olacaq.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bilirəm ki, Azərbaycan sülh üçün Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülh müqaviləsinin imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar”, - Putin bildirib.