Bu qələbə həm də milli kimlik və dövlətçiliyin təntənəsidir - İsa Həbibbəyli
Siyasət
“Bu günün Azərbaycan tarixində xüsusi yeri var".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib. O, bildirib ki, bu zəfər Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə qazanılıb:
"Otuz ilə yaxın davam edən ədalətsizlik sona çatdı, torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, ordumuzun igidliyi ilə tariximizə qızıl hərflərlə yazılan bu qələbə, yalnız hərbi uğur deyil, həm də milli qürur, milli kimlik və dövlətçilik təntənəsidir. Bu zəfər təkcə bu günün yox, gələcək nəsillərin də iftixar mənbəyidir".
Aqil Qarayev