Bu sözə görə Paşinyan “üsyan” çıxardı, Əliyev onu susdurdu - – Moskva görüşündə MÜHÜM DETAL
Siyasət
“Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının iclasında Ermənistanın baş naziri növbəti dəfə özünün əsassız mülahizələrinə görə uğursuzluğa düçar oldu. Bu, bir daha sübuta yetirdi ki, Paşinyan populist siyasətçidir və bütün fəaliyyəti yalnız Ermənistanın ictimai rəyinə mesajlar ötürmək xarakteri daşıyır”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
“Əslində, Paşinyanın reaksiyası Zəngəzur sözünədir. Bu da əsassız bir yanaşma tərzidir. Çünki Zəngəzur həmin coğrafiyanın həm tarixi adıdır, həm də bu gün həmin ərazilər faktiki olaraq Zəngəzur adlanır. Bu aspektdən də Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər həm tarix, həm də hüquqi baxımdan 10 noyabr bəyanatının prinsipləri ilə ziddiyyət təşkil etmir. Bəyanatda açıq şəkildə qeyd olunur ki, Azərbaycanla onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikası arasında maneəsiz hərəkətin yaradılması qarşıda duran əsas vəzifələrdən biridir. Bu, həm də Ermənistanın üzərinə bir öhdəlik kimi qoyulub. Belə olduğu təqdirdə, həmin maneəsiz dəhlizin hansı adla adlandırılması mahiyyət etibarilə heç bir əhəmiyyət kəsb etmir. Çünki söhbət Azərbaycanla onun ərazisinin bir parçası olan Naxçıvan Muxtar Respublikasını birləşdirən və maneəsiz hərəkətin təmin edildiyi dəhlizdən gedir. Bu, hər kəsə aydın olan bir məsələdir. Paşinyan istəsə, onu “Aşot dəhlizi” də adlandıra bilər, amma bu reallıqları dəyişməyəcək. Azərbaycan və Ermənistan yenə də öz öhdəliklərinə uyğun olaraq həmin ərazidən Azərbaycanın maneəsiz hərəkəti üçün, yəni hər hansı bir müdaxilə olmadan Azərbaycan yüklərinin, sərnişinlərinin, dəmir yolu və nəqliyyat daşımalarının hərəkəti üçün Paşinyan onu təmin etmək məcburiyyətində qalacaq. Çünki bununla bağlı öhdəlik götürüb”, - E.Mirzəbəyli qeyd edib.

Politoloq bildirib ki, Paşinyanın Moskvada səsləndirdiyi fikirlər Ermənistandakı müəyyən rəvanşist qüvvələri sakitləşdirməyə xidmət edir:
“Yəni nədənsə hər zaman Ermənistan cəmiyyətində mahiyyət bir kənarda, detallar bir kənarda qalır və onlar formal olaraq adlar üzərində dayanırlar. Laçın yolu ilə bağlı məsələyə gəldikdə isə, 10 noyabr 2020-ci il bəyanatında qeyd olunur ki, bu yolun təhlükəsizliyinə Azərbaycan Respublikası təminat verir. Yəni əgər həmin ərazinin təhlükəsizliyinə Bakı təminat verirsə, bu, mahiyyət etibarilə Azərbaycanın suveren ərazisidir. Çünki Azərbaycanın ora hər hansı bir formada müdaxiləsi yoxdursa, oranın təhlükəsizliyinə necə təminat vermək olar?! Buna görə də Azərbaycan təhlükəsizliyə təminat kimi ərazidə sərhəd-keçid məntəqəsi quraşdırılıb. Həm 10 noyabr bəyanatının prinsiplərinə, həm də bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazilərinə daxil olan şəxslərin və yüklərin, nəqliyyat vasitələrinin qanuni prosedurla Azərbaycan torpaqlarına daxil olmasını təmin edir. Bununla bağlı da Ermənistan baş nazirinin səsləndirdiyi fikirlər və 10 noyabr bəyanatının müddəaları ilə bağlı söylədiyi əsassız mülahizələrin heç bir əsası yoxdur.
Üçtərəfli bəyanatda qeyd olunur ki, Azərbaycan ərazisinə Ermənistandan daxil olan yüklərin və digər hərəkətin, ümumiyyətlə, maneəsiz hərəkətə və təhlükəsizliyə Azərbaycan Respublikası təminat verir. Yəni bu, artıq həmin ərazilərin Azərbaycana məxsus olduğunu, həm də 10 noyabr bəyanatında təsdiqləyən bir faktdır. Bununla bağlı Ermənistanın arzu və niyyətlərindən və mülahizələrindən asılı olmayaraq, hüquqi dillə məsələ izah olunanda məhz bu aspektlər ortaya çıxır. Bu baxımdan da Paşinyan özünün ənənəvi təfəkkürünə, düşüncə tərzinə uyğun olaraq hansısa arqumentlər səsləndirməyə çalışdı. Azərbaycan Prezidentinin qarşısında növbəti dəfə həm siyasətçi kimi, həm də bir ölkənin baş naziri kimi diletant olduğunu ortaya qoydu”.
Turan