Cəmil Həsənli sərbəst buraxıldı
Siyasət
Cəmil Həsənli DTX-də növbəti dəfə dindirilib.
News24.az xəbər verir ki, Cəmil Həsənli Ramiz Mehdiyevlə bağlı DTX-də istintaq edilən cinayət işi üzrə şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, dekabrın 16-da Milli Şuranın sədri Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılmışdı.
Cəmil Həsənli bundan əvvəl də bir dəfə Ramiz Mehdiyevin cinayət işi üzrə DTX-də ifadə verib. (lent.az)