Cevdet Yılmaz Azərbaycana gəldi – Yeniləndi
Siyasət
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.
News24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Türkiyənin Vitse-prezidenti bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cevdet Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.
**
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana rəsmi səfər edəcək.
News24.az xəbər verir ki, vitse-prezident aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.
Cevdet Yılmaz Heydər Əliyev Mədəniyyət Mərkəzini ziyarət edəcək və daha sonra Azərbaycan Milli Xalça Muzeyində olacaq. Türkiyənin Viste-prezidentinin Azərbaycanın Baş naziri Əli Əsədovla və digər şəxslərlə görüşü planlaşdırılır. (Report)