Cevdet Yılmaz Azərbaycana səfər edəcək
Siyasət
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.
News24.az xəbər verir ki, Cevdet Yılmaz 2-3 aprel tarixlərində Bakıya gələcək.
Onun Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclasında iştirakı nəzərdə tutulur.(apa)