Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.

Regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü