Ceyhun Bayramov çinli həmkarı ilə görüşdü - FOTO
Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çinin xarici işlər naziri Van İ ilə görüş keçirib.
News24.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, C.Bayramovun səfəri Azərbaycan-Çin arasında hərtərəfli strateji tərəfdaşlığın güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyi əks etdirir.