Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
News24.az xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.
Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.
Daha sonra birgə media konfransı planlaşdırılıb.