Naxçıvana hücumu kim təşkil edib? - Ceyhun Bayramovdan açıqlama

Naxçıvana hücumu kim təşkil edib? - Ceyhun Bayramovdan açıqlama Siyasət

Naxçıvan istiqamətində qeydə alınan raket və dron insidenti ilə bağlı İran tərəfi Azərbaycana məsələnin araşdırılacağını vəd edib.

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, hadisədən dərhal sonra Azərbaycan tərəfi operativ şəkildə əlaqələrə başlayıb və İran rəsmiləri ilə intensiv təmaslar aparılıb:

“İran Prezidenti Azərbaycan Prezidentinə zəng edib, həmçinin onun İranın xarici işlər naziri ilə bir neçə dəfə telefon danışığı baş tutub. İran tərəfi baş verən hadisədə iştirakının olmadığını bildirərək raket və dronların öz ərazilərindən buraxılmadığını vurğulayıb”.

Nazir əlavə edib ki, İran rəsmiləri hadisənin arxasında üçüncü qüvvələrin təxribat ehtimalının dayandığını irəli sürür.