Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə görüşdü

Ceyhun Bayramov  Pakistan XİN rəhbəri ilə görüşdü Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri İshaq Darla Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində söhbət edib.

News24.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər nazirliyi “X” hesabında məlumat yayıb.

Məlumatda nazirlərin Azərbaycanla Pakistan arasında olan qardaşlıq və dostluq münasibətləri vurğulanıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı qətiyyətlərini ifadə ediblər.

Ceyhun Bayramov və İshaq Dar qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edib.