Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Serbiyanın xarici işlər naziri Marko Curiçlə görüşüb.

News24.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin mühüm rolunu vurğulayıblar.

Həmçinin Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub.

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü