Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşdü

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşdü Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin Baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb.

News24.az xəbər verir ki, bunu baş katib "X" hesabında yazıb.

"Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik",- o bildirib.