Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşdü
Siyasət
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
XİN-dən News24.az-a verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.
Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.