Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı - Müzakirə olunan məsələlər açıqlandı
Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.