Çin İrana xəbərdarlıq etdi

Çin İrana xəbərdarlıq etdi Siyasət

Çin liderləri İran hakimiyyətindən Yəməndəki husi üsyançılarını ticarət gəmilərinə hücum etməkdən çəkindirmələrini istəyib. 

News24.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, bu məsələ bu yaxınlarda Pekin və Tehranda keçirilən bir neçə görüşdə müzakirə olunub.

Çin diplomatı Viktor Qao "Reuters" agentliyinə bildirib ki, dünyanın ən böyük ticarət oyunçularından biri kimi Çin Qırmızı dənizdə gəmiçiliklə bağlı yaranan fasilələrdən xeyli əziyyət çəkir və regionda sabitliyin bərpası onun üçün prioritetdir. Bununla belə, onun sözlərinə görə, Pekin bu problemin əsas səbəbini İsrailin Qəzza zolağında müharibə aparmasında görür və buna görə də açıq şəkildə Husiləri günahlandırmaq istəməyəcək.

İki iranlı insayder Reuters agentliyinə bildirib ki, Çini diqqətdən kənarda qoymaq olmaz, Tehranın başqa prioritetləri var. Siyasi ittifaqlar və ideoloji mülahizələr Çinlə tərəfdaşlıqdan daha vacib ola bilər.

Nəzrin