Daha 26 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
Siyasət
Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyev "X" hesabında paylaşım edib.
Bildirilib ki, 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.
Qeyd edilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.
Ukrayna göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.