Danimarka ilə Rusiya arasında diplomatik qalmaqal - BÖYÜYÜR

Danimarka ilə Rusiya arasında diplomatik qalmaqal - BÖYÜYÜR Siyasət

Danimarkada Rusiya səfirliyinin konsulluq şöbəsinin işi müvəqqəti olaraq dayandırılacaq.

News24.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti teleqramda məlumat yayıb. 

Bildirilib ki, tədbirlər Danimarka hakimiyyətinin ölkədəki rusiyalı diplomatik işçilərin sayını azaltmaq qərarı ilə bağlıdır.

Konsulluq mərkəzinin işi sentyabrın 6-da dayandırılacaq.

Aynurə