Danışıqlar uğursuz olsa, Tramp Putini belə cəzalandıracaq
Siyasət
ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həlli prosesində uğursuzluq baş verəcəyi təqdirdə, Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyaların tətbiqindən imtina etməyəcək.
News24.az bakupost.az-a istinadla xəbər verir ki, bunu “NBC News” telekanalının efirində amerikalı senator Lindsi Qrehem bildirib.
O, Rusiya liderinin sanksiyalara əhəmiyyət vermədiyindən əmin olduğunu söyləyib. Bununla belə, konqresmenin fikrincə, Vladimir Putin ABŞ-ın Rusiyadan neft alan ölkələrə qarşı məhdudiyyətlər tətbiq etməsinə dözə bilməyəcək.
“Bizim bütün məqsədimiz onun (Putinin- red) müştərilərini - Hindistanı, Çini, Braziliyanı sarsıtmaqdır. Bu, yeni strategiyadır. Əgər biz bu müharibəyə son qoya bilməsək, Tramp Putinin alıcılarını cəzalandırmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”, - deyə Qrehem vurğulayıb.