Daşnaklar “qaşınır” - Qarabağı müzakirə edəcəklər

Daşnaklar “qaşınır” - Qarabağı müzakirə edəcəklər Siyasət

Fevralın 26-da Ermənistanda “Daşnaksütyun”un 35-ci ümumi yığıncağı işinə başlayıb.

News24.az Musavat.com-a istinadla bildirir ki, toplantıda partiyanın ötən dövrdəki fəaliyyəti, ümumi təşkilati məsələlər müzakirə olunacaq, gələcək fəaliyyətin strateji istiqamətləri müəyyən ediləcək. Partiyanın ali icra orqanı olan bürosu da seçiləcək.

Bildirilir ki, əsas müzakirə mövzuları həmçinin Ermənistanın təhlükəsizlik mühiti, daxili və xarici çağırışlar, ümumerməni əhəmiyyətli problemlər, həmçinin “Qarabağ ermənilərinin fundamental hüquqlarının müdafiəsi və həyata keçirilməsi” ilə bağlı olacaq.

Belə görünür ki, daşnaklar yenə də “qaşınır”lar.