Deputat bahalıqdan şikayətləndi: - "Çox acınacaqlıdır”
Siyasət
“Bazarlarda və marketlərdəki bahalığın aztəminatlı əhaliyə yaratdığı çətinlik çox acınacaqlıdır”.
News24.az-ın məlumatına görə, bu fikirlərlə millət vəkili Razi Nurullayev parlamentin iclasında çıxış edib:
"Bəzi məhsulların üzərində 50 faiz güzəşt yazılıb, amma onun qiyməti ötən ildən daha bahadır. İşsizlərin durumu çox acınacaqlıdır. Araşdırmalarım göstərdi ki, boşanmaların sayının artmasında işsizlik və pulsuzluq mühüm rol oynayır. Digər tərəfdən rəqabətli əməkhaqqı təklif edən iş yerlərinin sayı azdır. Xüsusilə bölgələrdə tutaq ki, ötən il 500-600 manat maaş alan adam indi də eyni məbləğdə əməkhaqqı alır. Ən çox işçiyə tələbat olan tikinti sahəsidir, amma orada da maaşlar azdır”.
Fərid Azəri