Deputat: Televiziya kanallarımız gənclərin dünyagörüşünə mənfi təsir göstərir

Deputat: Televiziya kanallarımız gənclərin dünyagörüşünə mənfi təsir göstərir Siyasət

"Televiziya kanallarımızda ciddi problemlər var".

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 26-da keçirilən plenar iclasında deputat Siyavuş Novruz deyib.

Deputat bildirib ki, yerli televiziya məkanında uzun müddətdir müşahidə olunan problemlər cəmiyyət üçün mənfi təsirlər yaradır.

"Televiziya kanallarında nümayiş etdirilən filmlər və seriallar üzərində nəzarət mexanizmləri gücləndirilməlidir. Bu sahəyə cavabdeh olan aidiyyəti dövlət qurumları mövcud vəziyyətə operativ reaksiya verməli və məsuliyyətlərini tam şəkildə yerinə yetirməlidirlər.

Siyavuş Novruzov vurğulayıb ki, bəzi televiziya məhsulları milli-mənəvi dəyərlərə zidd məzmun daşıyır və bu, xüsusilə gənc nəslin dünyagörüşünə mənfi təsir göstərir.

Deputat bunu “mənəvi terror” adlandıraraq qeyd edib ki, belə halların qarşısının alınması üçün müvafiq qurumların kifayət qədər imkanları mövcuddur.