Deputatdan sənədsiz evlərlə bağlı çağırış

Deputatdan sənədsiz evlərlə bağlı çağırış Siyasət

"Kənd və qəsəbələrdə yaşayan vətəndaşlar bəzi sosial problemlərlə üzləşirlər".

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 16-da keçirilən iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

O bildirib ki, hazırda bir çox insan evlərinə sənəd ala bilmədiyi üçün qaz və elektrik enerjisi çəkdirə bilmir:

"Xüsusilə aşağı gəlirli vətəndaşlar üçün "kupça" almaq olduqca çətin və ağrılı prosesdir. Bu problem artıq təkcə sosial xarakter daşımır və sistemli yanaşma tələb edir. Daşınmaz əmlakın reyestrə alınması haqqında qanuna dəyişiklik edilməsi məqsədəuyğun olardı və bu sahədə qanunvericilik tam şəkildə formalaşdırılmalıdır".

Deputat vurğulayıb ki, faktiki yaşayış olan, lakin mülkiyyət sənədi olmayan evlərə dövlət tərəfindən dəstək göstərilməlidir:

"Həmin evlərin qaz və işıqla təmin olunması məsələsi həllini tapmalı və vətəndaşların gündəlik yaşayışı üçün zəruri şərait yaradılmalıdır".