Deputatlar Milli Məclisin iclasına tibbi - MASKA İLƏ GƏLİB

Deputatlar Milli Məclisin iclasına tibbi - MASKA İLƏ GƏLİB Siyasət
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

Yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.
İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. /Report/