Diqqət! Bu tarixlərdə səfirliyə müraciət edə bilməyəcəksiniz
Siyasət
"Müqəddər Ramazan bayramı və Novruz bayramı münasibətilə 20-30 mart 2026-cı il tarixlərində ölkəmizdə ardıcıl 11 günün qeyri-iş günü olması ilə əlaqədar bu müddət ərzində səfirlik tərəfindən konsulluq xidmətləri göstərilməyəcək".
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X" hesabında məlumat yayılıb.
"Bayram günlərində yaranacaq təcili məsələlərlə əlaqədar [email protected]; [email protected] elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz",- məlumatda bildirilib.