Donald Trampa təşəkkür edirik ki, Cənubi Qafqazda sülhə töhfə verib – İlham Əliyev

Donald Trampa təşəkkür edirik ki, Cənubi Qafqazda sülhə töhfə verib – İlham Əliyev Siyasət

“Bu gün Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ürəkdən aparılan işin nəticəsidir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Strateji tərəfdaşlıq haqqında Xartiya 6 ay ərzində hazırlanıb.

“Donald Trampa təşəkkür edirik ki, Cənubi Qafqazda sülhə töhfə verib. Biz sülh şəraitində yaşayırıq, ABŞ hökumətinə təşəkkür edirik”, - Azərbaycan Prezidenti qeyd edib.