"Dəyişikliklər edilən kimi sülh müqaviləsini imzalaya bilərik" – Prezident
Siyasət
“Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”.
News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısının bildirdiyinə görə, o hesab edir ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə olunub.
“Vaşinqton zirvə görüşündəki razılaşmalar, imzalanmış birgə bəyanat və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Nə qədər tez konstitusiya dəyişikliyi edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası ordan çıxarılarsa, o qədər də tez sülh müqaviləsi imzalanacaq”, – İlham Əliyev qeyd edib.