Gürcüstan və Ermənistan tərəfdaşlığı bütün Qafqaza təhdid yaradır? - ŞƏRH
Siyasət
Gürcüstan hökuməti Ermənistanla strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. Azərbaycanla enerji sahədə əməkdaşlıq etdiyi və iqdisadiyyatında Azərbaycanın irihəcimli invertisya payı olan Gürcüstanın bu cür yanaşma sərgiləməsi Azərbaycan ictimaiyyəti arasında müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı News24.az-ın suallarına cavablandıran Azərbaycan – Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Gürcüstan və Azərbaycan arasında Gürcüstan və Azərbaycan arasında uzun illərdir davam edən strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə Azərbaycan – Gürcüstan münasibətləri heç bir üçüncü ölkəyə qarşı yönəlməyib, tam əksinə, regiona üçüncü ölkələrin marağının yaranmasına səbəb olub. Gürcüstan və Ermənistan arasında olan hansısa münasibətində Azərbaycana qarşı yönəlməyəcəyini bildirən deputat qeyd edib ki, Azərbaycanın bu gün regionda əsas güc sahibi olması bu ehtimalı həm də sıfıra endirir:
“Bundan sonra Qafqazın iki dövlətinin münasibətlərinin də Azərbaycana qarşı olması izah edilən və anlaşılan olmaz. Düşünürəm ki, Azərbaycan bu prosesi diqqətlə izləməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı olan münasibəti heç vaxt səmimi olmayıb və olmayacaq da. Buna bizim tam haqqımız çatır. Ona görə ki, Ermənistan ilk addımda Azərbaycan qarşı revanşist mövqe sərgiləyəcəkdir. Azərbaycan lazım gələrsə, bu məsələ ilə bağlı Gürcüstanla məsləhətləşmələrdə aparmalıdır. Gürcüstan və Ermənistan tərəfdaşlıq münasibətləri bütün Qafqazı təhdid edib sabitliyə təhlükə yarada bilməz. Təbii ki, Azərbaycan buna imkan verməyəcəkdir".
Azərbaycanın Gürcüstan və Ermənistan arasında yaranan bu əlaqələrə hansı formada cavab verəcəyi barədə sualımıza isə Hikmət Babaoğlunun cavabı belə oldu:
"Azərbaycan bu məsələni çox sıx şəkildə izləyəcəkdir. Əgər ehtiyyac olarsa, Azərbaycan bu məsələyə kəskin reaksiya göstərməlidir. Bizim bunun üçün bütün imkanlarımız var”.
Zeynal