Eldar Əzizov prezident seçkilərində iştirak etdi

Eldar Əzizov prezident seçkilərində iştirak etdi Siyasət

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

News24.az bildirir ki,  o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.