Əmisi oğlunun arvadını qaçırdığı üçün öldürülən şəxs o deyilmiş

Əmisi oğlunun arvadını qaçırdığı üçün öldürülən şəxs o deyilmiş Siyasət
Qubada əmisi oğlunun arvadını qaçıran şəxsin döyüldüyü əks olunan görüntülər yalan çıxıb. 

ATV-də yayımlanan "Bizimləsən" verilişində bəzi məqamlar məlum olub. Efirə qoşulan şəxs öldürülən Elşad Əsədovun qardaşı olduğunu söyləyib. O bildirib ki, yayılan videodakı şəxs qardaşı deyil. 

Sözügedən kadrlar bir neçə il əvvəl baş verən hadisənin görüntüləri olub.