Emoməli Rəhmon da Bakıya gəldi - Foto
Siyasət
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib.
News24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
