Ərdoğan Pezeşkianla danışdı

Ərdoğan Pezeşkianla danışdı Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

News24.az xəbər verir ki, görüşdə Türkiyə–İran münasibətləri və bölgədə artan hərbi gərginlik müzakirə olunub.

Prezident Aparatının Kommunikasiya İdarəsinin məlumatına görə, Ərdoğan Türkiyənin İranla ABŞ arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Ərdoğan həmçinin hazırda Türkiyədə səfərdə olan İranın xarici işlər nazirini bu gün qəbul edəcəyini qeyd edib