Ərdoğan - Putin görüşü nə vaxt - BAŞ TUTACAQ?
Siyasət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin görüşə bilər.
News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasından məlumat verilib.
Administrasiya görüşün gündəmdə olduğunu, diplomatik kanallarla müvafiq işlərin aparıldığını, lakin hələlik dəqiq məlumatın olmadığını açıqlayıb.
Qeyd edək ki, Rusiya lideri türkiyəli həmkarı ilə 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırdığını bildirib. Lakin liderlər Ərdoğanın iş qrafikinin sıx olması səbəbindən görüşə bilməyiblər.
Qumral