Ərdoğan türkiyəli ilk kosmonavtla danışdı

Ərdoğan türkiyəli ilk kosmonavtla danışdı Siyasət


Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı ilə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı baş tutub.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TRT məlumat verib.

Məlumata görə, Ərdoğan Gezeravcını təbrik edib və ona Ankaraya gəldiyi zaman görüşmək istədiyini bildirib.