Ərdoğandan qəza ilə bağlı - İlk açıqlama
Siyasət
Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi təyyarəsi ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan ilk açıqlama gəlib.
News24.az xəbər verir ki, Ərdoğan bu haqda AKP-nin Konqres Mərkəzində keçirilən Şəhərsalma Zirvəsində çıxışı zamanı danışıb:
“Təyyarəmizin qəzaya uğradığını öyrəndik, qurumlarla dağıntılara çatmaq üçün işlərimiz davam edir, inşallah qəzadan ən az itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”. (Qafqazinfo)