"Erməni əsilli seçicilər də səsvermədə iştirak edə bilərlər" - MSK sədri

"Erməni əsilli seçicilər də səsvermədə iştirak edə bilərlər" - MSK sədri Siyasət

Erməni əsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

"Qadınlar da, kişilər də, xaricdə yaşayanlar da, ölkədəki vətəndaşlar da eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir. Onların heç birinin üstünlüyü yoxdur", - deyə MSK sədri bildirib.