Erməni terrorunun - TARİXİ
Siyasət
Tarixən Türklərə nifrət erməni terrorizminin ana xəttini təşkil edib. Özlərini əzgin və məhvə məhkum xalq kimi göstərən ermənilər 1915-ci ildə guya "soyqırıma" məruz qaldıqları barədə "sabun köpüyü"nə bənzər yalanlarını da hədər yerə ortaya atmayıb. Elə "Böyük Ermənistan" xülyası da həmin palavraların ana xəttini təşkil edir.
Əslində dövlətçilik ənənələri heç vaxt olmayan erməni xalqının Türkofobiyasının, Türklərə nifrətinin səbəbləri daha əvvəl də araşdırılıb.
Erməni şovinizmini dərindən araşdırarkən, ilk növbədə I Dünya müharibəsi dövrünə nəzər salmağı lazım bilirik.
Çünki o illərdə Türkiyə vətəndaşı olan ermənilərdən ibarət silahlı qruplaşmalar Çar Rusiyası tərəfindən elə Türkiyənin özünə qarşı vuruşurdular. Aralarında elələri də vardı ki, türk ordusunun arxasında, hərbi əməliyyat zonasından kənarda pozuculuq fəaliyyəti ilə məşğul olurdu. Bəs bu fəaliyyət nədən ibarət idi? Onlar kütləvi qırğınlar törədir milli və dini zəmində nifrət yaratmaq üçün etnik türkləri və kürdləri qətlə yetirirrdi. Belə bir vəziyyətdə 1915-ci il, aprelin 24-də Osmanlı hökuməti dövlət əleyhinə fəaliyyətdə ittiham edilən 2345 erməni əsilli şəxsi həbs etdi. Bundan sonra Eçməzdindəki erməni katolikosu V Qevorq ABŞ Prezidentinə teleqram göndərərək, Osmanlı hakimiyyətinin guya soydaşlarını məhv etdiyi barədə ona yanlış məlumat ötürdü. Teleqramda həmçinin ondan kömək istənilirdi. Çar Rusiyası da fəaliyyətə keçmişdi. Onların xarici siysətinə məsul olanlar London, Vaşinqton, Paris və Romadakı səfirləri xəbərdar etmişdilər ki, erməniləri qorumaq üçün plan hazırlanmalı və Osmanlı dövlətində baş verənlər dünya miqyasında soyqırım kimi tanınmalıdır.
Yuxarıda qeyd olunan məqamlara əsaslanaraq, tam məsuliyyətlə demək olar ki, 1915-ci il aprelin 24-cü gününün "soyqırım" kimi qələmə verilməsi hələ də aktuallığını qoruyan siyasi göstərişdir və həmin hadisələrin bəşəri cinayət kimi təqdim olunmasının hüquqi əsası yoxdur.
Bu, sadəcə erməni millətçilərinin həmin dövrdən başlayaraq ta indiyə kimi törətdikləri ağır cinayətləri pərdələmək məqsədilə seçilən bir taktikadır. Həmin üsuldan ermənilərin Rusiya və Avropadakı yandaşları da istifadə edir. Onlar Cənubi Qafqazı siyasi nəzarətdə saxlamaq üçün il boyunca "erməni soyqırımı" kartından yararlanır. İldə bir dəfə, məhz aprel ayında isə bu kartın "tuzunu" oynayır.
Bir məqam gün kimi aydındır ki, qondarma "erməni soyqırımı" kartı hədər yerə ortaya atılmamış, bu məsələyə aidiyyəti olmayan dövlətlər də onu boşuna dəstəkləməmişdi.

1915-ci il hadisələri, bununla yanaşı həm də I Dünya müharibəsi və 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ermənilərin, xüsusilə də onların sitayiş etdiyi "daşnak ideologiyası"nın təməlini qoyan "Daşnaksütyun" partiyasının əlində istər Türkiyənin, istərsə də Azərbaycanın ictimai-siyasi xadimlərinə, elə cə Türkiyə ilə dost ölkələrə hücum üçün bəhanə oldu. Bəlkə də cümhuriyyətin süquta uğradılacağı tarix də hədər yerə seçilməmişdi. Həmin tarix "erməni soyqırımı"ndan 5 il 4 gün sonraya təsadüf edirdi. Yenə də aprel ayı, yenə də Türklər üzərində demarş əldə olunması üçün fürsət yaranmışdı.
Müasir dövrdə "erməni soyqırımı" bir çox dövlətlərin əlində Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrildi. Hazırda dünyanın 30-dan çox dövləti 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyıb. Onların arasında Argentina, Belçika, Almaniya, İtaliya, Yunanıstan, İsveçrə, Kanada, Cənubi Kipr, Latviya, Liviya, Lvan və digərləri var.
YADDAŞ TƏZƏLƏMƏ
1919-cu ildə Yerevanda "Daşnaksütyun" növbəti qurultayını keçirirdi. Elə orada "Nemesis" - ("Cəza" - red.) xüsusi terror təşkilatının türklərə qarşı aksiyalara başlamasına qərar verdi. Əslində bu "aksiyaların" nədən ibarət olacağı gün kimi aydın idi. Təşkilatın koordinatorları Akop Ter-Akopyan, bir də Türkiyədən məxsusi olaraq bunun üçün gələn Şahan Natali adlı biri idi. Bu terror təşkilatının təsis qurultayında Türkiyə və Azərbaycanın siyasi və dövlət xadimlərinə qarşı silsilə terror aktlarının törədilməsi barədə qərar verildi. Təsdiq olunan "planda" hər iki ölkədən ümumilikdə 650 dövlət və ictimai xadimin siyahısı vardı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları: Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev erməni terrorunun qurbanı oldular.
"Nemesis xəyanətinin" qurbanlarından biri də Osmanlı dövlətinin hərbi naziri olmuş Tələt Paşa idi. Onu terrorçular 1921-ci il martın 15-də, Berlinin mərkəzi küçələrinin birində öldürmüşdülər. Sifarişin icraçısı isə yenə də erməni idi - Soqomon Teyleryan. Onun məhkəməsi də qalmaqalsız keçməmişdi. İndi Avropanın çox təriflənən, bütün dünyaya nümunə göstərilən hüquq sistemi prokurorun ölüm cəzası istəyinə baxmayaraq, ona bəraət verdi. Bu, həm də "qoca qitənin" S. Teyleryanın əməlinə haqq qazandırması idi. Prokurorluq qərara etiraz etsə də, müdafiə tərəfinin təzyiqləri səbəbindən geri çəkildi. Professor Hünter yazırdı ki, S. Teyleryan türklərin məhvi prosesində könüllü şəkildə iştirak edirdi. 
Türklərin hər addımda bir xalq kimi sıradan çıxarılması prosesini ermənilər başlatmış, kampaniya xarakterli qanlı olaylar bütövlükdə dünya ölkələrini əhatəyə almışdı. Səfirliklər də bundan kənarda qalmamışdı.
Belə ki, ASALA və digər erməni terror təşkilatlarının təşkil etdiyi hücumlarda indiyədək 77 türk diplomat qətlə yetirilib. Onlardan 46 nəfəri həmin diplomatların ailə üzvləridir.
HAŞİYƏ: ASALA terror təşkilatı 1975-ci ildə yaradılıb. Radikal-soçlu ideologiyaya mənsub ASALA ilk qanlı terror aktını yarandığı ay, yanvarın 20-də həyata keçirib (1990-cı ilin eyni tarixində Sovet ordusu Bakıya hücum etmişdi - red). Həmin vaxt Ümumdünya Kilsələr Şurasının Beyrutdakı ofisinə qanlı hücum törədilib. O zaman indiki adı Erməni İnqilab Ordusu olan terror təşkilatı (bu təşkilat 1972-ci ildə millətçi ideologiyanın daşıyıcı qismində yaradılıb).
Silsilə hücumlardan ikincisi Türkiyənin Vyanadakı Səfirliyinə, 1975-ci il oktyabrın 22-də törədilib. 1977, 1980, 1982, 1983, 1991 və 1994-cü illər də erməni-daşnak qruplaşmalarının türk diplomatlara və diplomatik korpuslara hücumu ilə tarixə düşüb.
1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan xain hücum nəticəsində öldürülüb. Bu hadisəyə görə erməni əsilli terrorçu Hampik Sasunyan ömürlük həbs cəzasına məhkum edildi. Onun qanlı əməlini ermənilər özünəməxsus şəkildə "mükafatlandırmışdı" Həbsdə ola-ola H. Sasunyan Ermənistan vətəndaşlığımı aldı.
1983-cü ildə Türkiyənin Yuqoslaviyadakı səfiri Qalip Balkarı öldürən iki erməni terrorçusunun məhkəmə prosesi keçirilirdi. O zaman həmin məhkəmə prosesləri arasında paralel aparan erməni mətbuatı onu Tələt paşanın 1921-ci ildə mühakimə olunan qatili Teyleryanın mühakiməsi ilə müqayisə edirdi.
İndiki dövrdə, xüsusilə Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra ermənilərin səfirliklərə qarşı hücumları davam edir.
Məğlub olan Ermənistan diasporun bilavasitə dəstəyi ilə Azərbaycanın bir neçə ölkədəki diplomatik nümayəndəliyinə hücumlar təşkil etməyə başladı.
Məsələn, 2020-ci ilin Tovuz döyüşlərindən sonra Vaşinqton, London, Beyrut, Paris, Brüssel, Kişinyov və digər şəhərlərdəki diplomatik korpuslarımız erməni terror qruplaşmalarının hədəfinə düşdü. 2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldı.
Diqqəti çəkən daha bir məqam ondan ibarət idi ki, yuxarıda adları çəkilən faktlarla bağlı cinayət işlərinin açıldığı rəsmən bildirilsə də, indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb. Təbii ki, sözü gedən hücumlara hüquqi qiymət verilməsinin yubanması bir neçə faktorla əlaqədardır:
1. Həmin ölkələrdə nə qədər məyusedici olsa da, təşkilatlanmış erməni diasporu var. Onların təzyiqləri hökumətlərə lazımi hüquqi addımları atmağa imkan vermir.
2. Burada daha bir məqan din faktorudur. Bəziləri buna skeptik yanaşsa da, din faktoru çox önəmlidir.
Çünki əhalinin əksər hissəsini müsəlmanlar təşkil edən dövlətlərə Avropada münasibət heç də birmənalı deyil. Təbii ki, zaman-zaman baş verən müxtəlif hadisələr, o cümlədən bəzi hegemon dövlətlərin siyasəti müsəlmanlar barədə neqativ fikirlər formalaşmasında rol oynayıb.
3. Geosiyasi faktor. O da məlumdur ki, Cənubi Qafqaz regionu daim nəhəng dövlətlərin maraq dairəsində olub. Onlar bu vəsilə ilə regionda özlərinin məkrli siyasətini həyata keçiriblər. Hərgah, bu dövlətlər hələ Qarabağ münaqişəsi alovlanmağa başladığı dövrdən haqlı tərəfin - yəni Azərbaycanın yanıda olsaydı, o zaman "Xaç yürüşü" ideologiyası iflasa uğrayacaqdı. Bu isə heç bir şəkildə hegemon dövlətlərin maraq dairəsində deyildi. Heç ola da bilməzdi. Ən azından ona görə ki, ortada din faktoru vardı. Din isə Avropada mühüm faktorların ən mühümüdür. Yəni, onlar işə bu prinsiplə yanaşır ki, haqsız olsan da belə, müsəlman deyilsənsə, haqlısan.
2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı ardıcıl məğlubiyyət yaşayan Ermənistan öz acığını adəti üzrə dinc əhalidən çıxmağa başladı. Bu dəfə hədəfdə Azərbaycanın döyüş meydanından kənar ərazilərdəki şəhərləri idi. Ermənistan tərəfinin raket hücumları oktyabrın 4, 5, 8 və 11-də Gəncəni hədəfə aldı. 4 Oktyabr tarixli hücuma açıqlama verən Ermənistan əsas hədəfin hərbi xarakterli binalar və Gəncə Beynəlxalq Havalimanı olduğunu bildirdi. Azərbaycan isə rəsmi açıqlamada Gəncə şəhərində hərbi təyinatlı obyektin olmadığını bəyan etdi. Çoxmənzilli raketin yaşayış binasına düşməsi 5 dinc sakinin ölümü, 28-inin yaralanması ilə nəticələndi. Həmin vaxt mülki infrastruktur obyektlərinə də ziyan dəymişdi. Verilən rəsmi açıqlamada hücumlar zamanı "Toçka-U" raket sistemindən istifadə olunduğu bildirildi. Oкtyabrın 8-də gecə saatlarında edilən hücum zamanı isə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələri ziyan gördü.

Oktyabrın 10-u. 2020-ci il. Atəşkəs razılaşmasından sonra gecə saat 02:00-da Ermənilər Gəncəni bu dəfə SKAD ballistik raketlərindən atəşə tutdu. Həmin hücum 10 nəfərin həyatına son qoydu, 40 nəfər isə yaralandı. Ermənistan məsuliyyəti üzərindən atsa da, faktlar əksini göstərirdi.
17 oktyabr, saat 01:00-da Gəncə yenidən SKAD raketləri ilə atəşə tutuldu. Bu dəfə də hədəf kimi əhalinin sıx yaşadığı ərazilər seçilmişdi. Nəticədə 20 ev dağılmışdı. Bu terror hadisəsində 15 nəfər həlak oldu, 55 nəfər isə yaralandı.
BİR AZ DA ERMƏNİ PSİXOLOGİYASI BARƏDƏ
Erməni psixologiyasına yanaşma müxtəlif olsa da, indiyədək bir sıra alimlər onu tədqiq etməklə, maraqlı faktları üzə çıxarıb. Hələ Alman psixoloqu Ernst Kreçmer onların patoloji-psixoloji cəhətlərini araşdırarkən maraqlı faktlar ortaya qoyub.
O, müəyyən edib ki, erməni xalqına mənsub olanların daşıdığı mental xüsusiyyətlər şizofreniya, epilepsiya, tsiklofreniya kimi psixi xəstəliklərə məxsusdur. Erməni etnosundakı hədsiz radikalizm meylləri yuxarıda adlarını sadaladığımız xüsusiyyətlərə tam uyğun gəlir. Bu cəhət ilk növbədə özündənrazılıq, eqosentrizm, ətrafdakılara qarşı yersiz şübhələrdə, hər kəsi düşmən və rəqib gözündə görmək və bu kimi digər cəhətlərdə təcəssüm edir.
Erməni etnosunun xarakterik cəhətlərindən biri də hələ baş verməyən bir hadisəyə əvvəlcədən emosional reaksiya vermək, səhvlərini qavramaq qabiliyyətinin olmaması, hər hansı hərəkəti edərkən onun nəticələri barədə düşünmək instinktinin "deaktiv edilməsidir".
Təbii ki, erməni etnosunun psixoloji (psixi - red.) cəhətlərinin hamısını bir yazıda təhlil etmək mümkünsüzdür, amma bu cür pozuntu elementlərinin həmin xalqın genetik kodunda belə mövcudluğu heç kimə sirr deyil.
Erməni etnosunun klinik-psixopatik üsullarla tədqiqi göstərir ki, çoxəsrlik tarixində onlar özünü daim incidilən, təhqir olunan xalq kimi qələmə verməyə çalışıb, bununla da çox zaman digər xalqların diqqətini cəlb etməyənail də olublar.
1915-ci ilin aprelində guya baş verən hadisələr tarixən erməni xalqına "soyqırım" kimi təlqin edilib. Bu da psixologiyada posttravmatik stress kimi tanınan pozuntuya xarakterik cəhətlərdən ən başlıcasıdır. Əsas simptomları insanın guya hansısa kədərli bir hadisənin yaşandığı barədə ideyaların, o cümlədən heç vaxt baş verməyəcək bir hadisənin təsiri altına düşməsi ilə özünü göstərir.
ERMƏNİLƏR TÜRKLƏRƏ NİYƏ NİFRƏT EDİR?
Ermənilərin türklərə nifrətinin kökündə heç də "erməni soyqırımı" dayanmır.
Bu "ideya" onların törətdiyi cinayətlərə sadəcə olaraq, haqq qazandırmaq cəhdidir. Bu məsələnin təməlində ilk növbədə Qafqaza aid olmayan bir xalqın onun cənub hissəsinə köçürülməsi dayanır. Ermənilər üçün burada elə bir şərait yaradıldı ki, sonradan onlar sözü gedən regionu "mənimsəməyə", öz adlarına çıxmağa çalışdılar. Uydurmalardan ən bəsiti o idi ki, guya erməni etnosu Cənubi Qafqazın təməlini qoyub, digər xalqlar isə bura sonradan köçürülüb. "Böyük Ermənistan" ideyasının təməlində də məhz bu saxta fikir dayanırdı.
Ümumiyyətlə isə tarixən özünə aid olmayan dəyərləri mənimsəmək erməni psixologiyasının təməlini təşkil edib. Məsələn 2015-ci ildə onlar UNESCO-ya müraciət edərək, Gürcüstan ərazisindəki 450 kilsənin bu xalqa məxus olduğu barədə iddia qaldırıblar.
O ki qaldı erməni etnosunun türk xalqlarına nifrətinə, türklər daim mübariz, döyüşkən, əzmkar və prinsipial xalq kimi tanınıb. Yuxarıda qeyd etdiyim kimi, ermənilər isə tarixən özlərini məzlum, əzilən bir tayfa kimi təqdim edib. Ona görə "tayfa" sözünü işlətdim ki, bir etnosun xalq olması üçün ilk növbədə onların dövləti olmalıdır. Ermənilər isə nə dövlətə, nə də dövlətçilik ənənələrinə malik olub.

Bəs onlar Cənubi Qafqaza necə köçürülüb? İlk olaraq onu qeyd etməyi lazım bilirik ki, onların tarixi vətəni Qədim Frakiya olub. Bu ərazi coğrafi olaraq Cənub-Şərqi Avropada yerləşir və bir neçə dövlət arasında bölünüb. Frakiyanın əraziləri 1923-cü ildən sonra Türkiyə, Bolqarıstan və Yunanıstan arasında bölünüb.
Tarixi tədqiqatlar göstərir ki, ermənilər Cənubi Qafqazda 1441-ci ildən məskunlaşmağa başlayıb. Bu elə bir dövr idi ki, onların məskunlaşdığı ərazilər Qaraqoyunlu dövlətinin hüdudlarına daxil idi. Sonradan bu köçürmə prosesi Krım (1853-1856) və Rus-Osmanlı (1877-1878) müharibələrinin nəticələri ilə üst-üstə düşdü.
Bu hadisələr nəticəsində ermənilər Rusiya imperiyasının canişinlərinə çevrildi.
Məşhur Rusiya tarixçisi, etnoqraf N. Şavrov 1911-ci ilə aid elmi əsərində yazırdı ki, Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər ermənidən 1 milyonu bura sonradan köçürülüb.
Bundan əlavə, türkdilli xalqların məşhur tarixçiləri də ermənilərin törətdiyi soyqırım və digər bəşəri cinayətlərin siyasi-psixoloji səbəblərini araşdıraraq, nəticələri tədqiqat əsərlərində dərc ediblər.
Onlardan Şuhrat Nasıroviç Barlas (Salamov) “Qarabağ-ideyalar müharibəsi”, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar -Fərqanədən Qarabağa qədər” kitablarında yazırdı ki: “Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan qətlə yetirilib. Həmin qırğınlarda erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə öldürülməsi əsl terror, etnik təmizləmə və soyqırımdır”.
Onun “Qarabağ - ideyalar müharibəsi” kitabında erməni daşnaklarının hansı zərərli ideyaları irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları tarixi faktlarla ortaya qoyulur:
“Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır”.
“İflas. Milliyyətçilik-Antaqonizm” kitabında müəllif Özbəkistanda və Qarabağda törədilən terror hadisələrinin oxşar və fərqli cəhətlərini araşdırır, hadisələrin faktlar əsasında müqayisəli təhlil edir.
Ş. Barlas bu kitabı ərsəyə gətirmək üçün 30 ildən çox araşdırma aparıb. Buna qədər yazdığı əsərlərindan yararlanaraq, 299 yerli və xarici mənbələrə istinad edib. Qələmə aldığı bütün hadisələr tarixi faktlara əsaslanır.
Müəllif yazır: “V.İ.İlyuxin memuar və müsahibələrində Azərbaycan SSR DTK-nın sədri İvan İvanoviç Qorelovskinin sözlərinə istinad edərək dəfələrlə bildirib ki, Telman Xorenoviç Qdlyanın (SSRİ-nin, Rusiyanın dövlət və ictimai xadimi - X.A.) Özbəkistandan sovurduğu pullar Qarabağda “döyüşüb”. Sonralar Qarabağ hadisələriylə bağlı aparılan araşdırmalarda bu fakt təsdiqlənib.
Şuhrat Barlas ermənilərin XX əsrin əvvələrindən etibarən Özbəkistanda apardıqları gizli terror siyasətini oxucuların diqqətinə çatdırır:
“Daşnaksütun” erməni milli partiyasının fəallarından biri Derenik Zaxaroviç Apresyan 1937-ci ilin 19 avqustda Özbəkistan SSR-nin Xalq Daxili İşlərinin komissarı təyin edilir. O, bu vəzifədə 1938-ci ilin 21 noyabrına qədər çalışıb. Əgər bu tarixə diqqət etsək, dərhal hər şey gün kimi aydın olur. Məhz bu daşnakın idarəçiliyi dövründə Özbəkistanın Xalq Daxili İşlər Komissarlığının sərəncamına əsasən, bütün özbək maarifçi elitası məhv edildi, ya da Sibirə sürgünə göndərildi...”
Daşnaklar bolşeviklərlə birgə Kokand şəhərini tamamilə yandıraraq, külə çevirib, o cümlədən yerli əhalini qılıncdan keçiriblər. Həmin hadisələrin şahidləri bildirir ki, “Kokand ölü şəhərə çevrilmişdi”. Xəstəxanalar xəstələrlə birgə yandırılıb, az müddətdə on mindən çox Kokand sakini öldürülüb.
Onu da qeyd edək ki, Şuhrat Barlas bu əsərlərinə görə ölkəsində müxtəlif təzyiqlərlə üzləşib. Ermənilər onu "tarixi faktları saxtalaşdırmaq", millətçilik və pantürkizmdə günahlandırıb, haqqında əsassız böhtanlar yayıb, habelə şərəf və ləyaqətini təhqir ediblər.
Lakin erməni yalanlarını tirajlayan, onlara "elmi əsərlər" həsr edən və hər addımda təbliğ edənlər Ermənistan hakimiyyəti tərəfindən daim mükafatlandırılıb.
Belə nümunələrdən biri Xocalı qatili Zori Balayandır.
1935-ci ildə Xankəndi şəhərində doğulan Z. Balayan 80-ci illərin əvvəlində yazılan "Ocaq" kitabının müəllifidir. Bu kitabında tarixi tamamilə saxtalaşdıran Z. Balayan, əslində ermənilərin əlinə azərbaycanlılara qarşı daha qanlı qırğınların törədilməsi üçün bəhanə vermiş oldu. Hətta 1992-ci ildə törədilmiş Xocalı soyqırımının ideoloqlarından biri və bilavasitə iştirakçısı olan Balayan kitabında iddia edir ki, Qarabağ və Naxçıvan qədim erməni torpağıdır. İngilis jurnalisti Tomas de Vaalın fikrincə Balayan bu kitabı məhz Azərbaycanda narazılıq və etiraz dalğası yaratmaq məqsədi ilə yazmışdı.
Bundan sonra Balayan Qarabağ separatçılarına qoşularaq "Miatsum" hərəkatının liderlərindən birinə çevrilir. Z. Balayan 1988-ci ildə "ideya ortağı" Silva Kaputikyanla birgə Moskvada Mixail Qorbaçovla görüşür və ondan "Qarabağ məsələsini" Ermənistan SSR–in xeyrinə həll etməsini xahiş edir.
3 iyul 1994-cü ildə Bakı metrosunda, Gənclik və 28 May metrostansiyaları arasındakı partlayış nəticəsində 12 nəfər həlak olur, 42 nəfər isə yaralanır. Terror aktını törətməkdə təqsirli bilinən, Sadval təşkilatının üzvü Azər Aslanov həbs olunur. Məhkəmə zamanı müttəhim Aslanov bildirmişdir ki, erməni əsirliyində olarkən, Zori Balayan onunla görüşmüş və ona Bakı metrosunda partlayış törətmək göstərişi vermişdir.
Bununla əlaqədar, Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilib. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayan haqqında xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarış elan etsə də, 2001-ci ildə onu bu siyahıdan çıxarıb. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edib.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılıb.
GÜNÜMÜZ...
Ermənilərin türklərə qarşı törətdiyi misilsiz tarixi vəhşiliklərin cavabını ordumuz 44 günlük Vətən müharibəsində, döyüş meydanında verdi.
Tarixən türk xalqına nifrətin hər üzünü göstərən ermənilər nəinki məğlub oldular, hətta rəsmən kapitulyasiyaya imza ataraq, hərbi texnikalarını və meyitlərini belə döyüş meydanında qoyub qaçdılar.
Azərbaycan təkcə hərbi yox, siyasi cəbhədə də Ermənistanı məğlub etməkdədir. BMT, ATƏT və digər beynəlxalq təşkilatların ali tribunasındakı müzakirələr, Ermənistan tərəfinin həmin proseslərdəki susqunluğu bunun bariz nümunəsidir.
Çünki indi geosiyasi vəziyyət dəyişib. Hazırda güclü orduya, iradəli siyasi liderə və xalqa malik olan Azərbaycan həm ərazi bütövlüyünü bərpa, həm də Ermənistana öz şərtlərini diqtə edib. Onların isə razılaşmaqdan başqa yolu yoxdur.
Çünki "Dəmir yumruq" hələ də separatçıların başı üzərindədir...
Fərid Azəri