"Ermənistan Bakının tələblərini qəbul edəcək"
Siyasət
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin münaqişənin genişlənməsi və ya yenidən başlanması riski yüksək olaraq qalacaq.
News24.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.
"Ermənistan Qərblə artan siyasi əlaqələrindən və hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edə bilər, lakin İrəvanın təsirinin az olduğunu nəzərə alsaq, o, Bakının Ermənistandan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək", - deyə nəşr bildirib.
Eyni zamanda nəşr Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin və ticarət əlaqələrinin yeni səviyyəyə qalxacağını bildirib.
Qumral