Ermənistan bu halda KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Siyasət
Rusiya XİN Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin şərtini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev açıqlama verib.
O bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında səsvermə hüququndan mümkün məhrum edilməsi ilə bağlı qərarın qəbul olunması üçün üzv dövlətlərin ümumi razılığı tələb olunur.
"KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət başçıları, ehtimal ki, bu məsələni müzakirə edəcəklər. Belə bir qərarın qəbuluna ehtiyac yaranarsa, o, konsensus əsasında veriləcək", – deyə Vasilyev bildirib.
Onun sözlərinə görə, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət təşkilat qarşısında iki il müddətində maliyyə öhdəliklərini yerinə yetirmədiyi halda, həmin ölkənin səsvermə hüququ və təşkilatın vəzifələrinə namizəd irəli sürmək hüququ müvəqqəti dayandırıla bilər.