Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir!

Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir! Siyasət

Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı qeyd edib:

“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.