Ermənistan və Türkiyə arasında razılıq əldə olundu
Siyasət
Ermənistan və Türkiyə arasında İrəvan və Gümrü istiqamətində uçuşların sayının artırılması barədə razılıq əldə edilib.
News24.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli Forumu: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” zamanı bildirib.
Mirzoyan deyib ki, İrəvan və Gümrü istiqamətində uçuşların sayı İstanbul və Ankaradan artırılmalıdır.
Nazir qeyd edib ki, uzun illər ərzində Ermənistan və Türkiyə vətəndaşları bağlı sərhəd şəraitində qarşılıqlı əlaqə quraraq, ticarəti inkişaf etdiriblər, baxmayaraq ki, bu, üçüncü ölkələr vasitəsilə həyata keçib.
Azərbaycanla münasibətlər isə hökumət səviyyəsindədir, vətəndaşlar arasında qarşılıqlı əlaqənin tənzimlənməsi isə vaxt tələb edir.
“Biz qəbul etməliyik ki, bu barışma zaman tələb edir. Hazırkı mərhələdə tam barışmanın olmaması obyektivdir və cəmiyyətlərdə mövcud dərin psixoloji travma ilə bağlıdır”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, bu, keçilməsi vacib olan ağrılı bir prosesdir.