Ermənistanda daha bir hay-küylü istintaq başladı
Siyasət
1999-2017-ci illərdə Ermənistan Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışmış Haykaz Baqmanyana qarşı cinayət təqibi başlanıb.
News24.az bildirir ki, musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Cinayət işi xüsusilə külli miqdarda - təqribən 251 milyon dram (555 min dollardan çox - red.) çirkli pulların yuyulması, habelə bəyan edilməli olan xüsusilə iri sərvət və gəlirlər haqqında məlumatların gizlədilməsi (5 epizod) ittihamı ilə başlanıb.
Qeyd edək ki, son zamanlar Ermənistanda bənzər ittihamlarla həbslər davam edir.