"Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhd edirlər"
Siyasət
"Ermənistanda hakimiyyətin ələ keçirilməsi məqsədilə siyasi əməliyyat həyata keçirməyə cəhd edilir".
News24.az xəbər verir ki, bu iddianı Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya ilə münasibətləri şərh edərkən səsləndirib.
O bildirib ki, xarici qüvvələr demokratik imkanlardan istifadə edərək Ermənistana təsir göstərməyə çalışır. Simonyanın sözlərinə görə, bu təsir cəhdləri, o cümlədən internet üzərindən reklam vasitələri ilə həyata keçirilir.
Parlament sədri vurğulayıb ki, Ermənistan heç vaxt “quberniya”ya çevrilməyəcək və Belarus modeli ilə idarə olunmayacaq.