Ermənistanda seçkilər: Yeni müharibə riski artır? - ŞƏRH

Ermənistanda seçkilər: Yeni müharibə riski artır? - ŞƏRH Siyasət

Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini formalaşdıracaq bu proses regionun diqqət mərkəzindədir. Seçkilərin nəticələri Ermənistaт-Azərbaycaт sülh gündəliyinin taleyinə, Türkiyə-Ermənistaт münasibətlərinin normallaşmasına, Rusiyanın bölgədəki təsir imkanlarına, eləcə də Avropanıт enerji və təhlükəsizlik maraqlarına birbaşa və ya dolayı təsir göstərə bilər.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, qarşıdan gələn seçkilər təkcə Ermənistanda hakimiyyətin dəyişib-dəyişməyəcəyini müəyyən etməyəcək, həm də regionda gedən proseslərə təsir göstərəcək mühüm amillərdən biridir.

"Seçkilərdə əsas məsələ sülh və müharibə arasında seçimdir. Hazırkı Baş nazir Nikol Paşinyan sülh gündəliyini müdafiə edir. Onun əsas rəqibləri olan Robert Köçəryan və Samvel Karapetyanın təmsil etdiyi revanşist qüvvələr isə hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla əldə edilmiş razılaşmaları yenidən nəzərdən keçirə biləcəklərini bildirirlər. Bu isə indiyədək əldə olunmuş nəticələri sual altına salır və bölgədə yeni müharibə riskini artırır".

Politoloq bildirib ki, Paşinyanın yenidən hakimiyyətdə qalması Azərbaycanla sülh prosesinin davam etdirilməsi və yekun sülh sazişinin imzalanması ehtimalını gücləndirir:

"Bu baxımdan seçkilərin nəticəsi yalnız Ermənistan üçün deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Əgər sülh gündəliyi davam etdirilərsə, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına töhfə verə bilər. Əks halda, revanşist qüvvələrin hakimiyyətə gəlməsi indiyədək əldə olunmuş nəticələrə ciddi zərbə vura və regionu yenidən gərginlik mərhələsinə qaytara bilər. Belə bir ssenari təkcə təhlükəsizlik baxımından deyil, həm də iqtisadi əməkdaşlıq və regional layihələr üçün risklər yaradar".

Nərimanlının sözlərinə görə, bu seçkilər Ermənistanın gələcəyinin müəyyənləşdirilməsi baxımından da həlledici xarakter daşıyır:

"Sülh prosesinin davam etməsi ölkənin regional təcriddən çıxmasına, iqtisadi və siyasi əlaqələrinin genişlənməsinə şərait yarada bilər. Əksinə, revanşist siyasətin güclənməsi Ermənistanın yenidən dalan vəziyyətində qalmasına səbəb ola bilər. Bu halda ölkə həm iqtisadi, həm də siyasi baxımdan daha mürəkkəb problemlərlə üzləşə bilər”.