"Əsas məqsəd təşviş yaratmaqdır" - Oleq Kuznetsov
Siyasət
“Hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsində təəccüblü heç nə yoxdur”.
Bunu RTV-yə açıqlamasında siyasi şərhçi Oleq Kuznetsov deyib.
O bildirib ki, 2023-cü ildə Ukrayna ordusunda bu məqsədlə xüsusi diversiya qrupu təşkil olunub.
O. Kuznetsov bu mümkün addımın səbəbləri barədə də danışıb:
“Obyektiv və doğru danışmaq lazımdırsa, Ukrayna son dövrlər hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə çalışır. Hələ ötən il Ukrayna Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsində “Rusiya Sülhməramlıları Korpusu adlı” diversiya-terror bölməsi yaradılıb. Onun döyüşçüləri dəfələrlə Belqorod və Bryansk vilayətlərinə hücum ediblər. Onlar yerli əhalini hədəfə alıb, infrastruktur obyektlərinin işini pozmağa çalışıblar. Əsas məqsəd də təşviş yaratmaq, sərhədçilərə və ordu birləşmələrinə hücum etmək olub. Sərhədyanı əksər yaşayış məntəqələri, eləcə də Kursk və Belqorod vilayətləri raket-artilleriya qoşunlarının zərbələri altındadır. Buna görə də hesab edirəm ki, hərbi əməliyyatların Rusiyaya keçirilməsi cəhdlərində təəcüblü heç nə yoxdur. Bu addımlar mərkəzləşdirilmiş qaydada, mütəmadi olaraq atılır. Eyni zamanda bu, dövlətlərarası hərbi əməliyyatların aparılma üsullarından biridir”.
Fərid Azəri