Fazil Mustafadan narkomanlarla bağlı təklif

Fazil Mustafadan narkomanlarla bağlı təklif Siyasət

“Narkomaniya ilə mübarizə üçün yeni reabilitasiya mərkəzləri tikilməlidir”.

News24.az-ın xəbərinə görə, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

O, həmçinin 2024-cü ilin eyni zamanda “Sağlam həyat naminə Həmrəylik ili” elan olunmasını təklif edib:

“Bu il Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Hesab edirəm ki, lokal çağırışa da diqqət yetirməli və “Sağlam həyat naminə Həmrəylik ili” elan etməliyik. Biz sağlam gələcək naminə mübarizə aparmalıyıq. Narkotiklərlə Mübarizə Dövlət Komissiyası var, amma işi effektiv deyil. Çünki komissiya narkomaniyadan əziyyət çəkənləri müalicəyə yönləndirə bilmir. Sonra “802” qaynar xətti var. Mən edirəm ki, narkotiklərlə mübarizə sahəsində çalışan mütəxəssislərin əməkhaqları artırılsın. Daha bir təklifim isə ondan ibarətdir ki, ölkədə narkomanların müalicəsi üçün yeni reabilitasiya mərkəzləri tikilməlidir”.


Fərid Azəri