Fransa Azərbaycandakı səfirini geri çağırdı
Siyasət
Fransa Azərbaycandakı səfirini geri çağırıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, səfir Ann Buayon artıq Fransadadır və Prezident Emmanuel Makronun qəbulundadır.